Azərbaycanın təşəbbüsü böyük əhəmiyyət kəsb edir

 

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə Azərbaycanın təşəbbüsü böyük əhəmiyyət kəsb edir". Forumun iştirakçısı, Vyetnam mədəniyyət, idmanturizm nazirinin müavini Vuonq Duy Biyen bu sözləri AzərTAc-a müsahibəsində söyləmişdir.

Vuonq Duy Biyen demişdir: "Belə bir forumun keçirilməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirəm. Bu gün Azərbaycan regionda mühüm ölkədir. Forumun Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu forum çoxsaylı iştirakçılarla dialoq aparmaq, mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi üçün yaxşı şans verir".

 

Azərbaycan.-2013.- 4 iyun.- S.6.